5 oktyabr 2026-cı il
Azərbaycan Teatr Xadimləri İttifaqı mükafatlandırılıb
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı, Şəki Şəhər İcra Hakimiyyəti və Şəki Dövlət Dram Teatrının təşkilatçılığı ilə 1-5 oktyabr 2026-cı il tarixlərində keçirilən V Şəki Beynəlxalq Teatr Festivalı uğurla başa çatıb.
Festivalın yüksək səviyyəli təşkilində göstərdiyi dəstəyə görə Azərbaycan Teatr Xadimləri İttifaqı Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən mükafatlandırılıb.
İttifaqın rəhbərliyi və kollektivi adından Şəki Şəhər İcra Hakimiyyətinə və İcra başçısı, cənab Elxan Usubova dərin təşəkkürümüzü bildiririk.


