20 sentyabr 2026-cı il
Xalq artisti Şükufə Musayeva mükafatlandırılıb
Şuşa Dövlət Musiqili Dram Teatrında Xalq artisti Şükufə Musayevanın "Zəfərə gedən yol" tamaşası oynanlıb.
Teatrsevərlər tərəfindən alqışlarla qarşılanan tamaşadan sonra Şükufə xanım teatr sənət sahəsində uğurlu fəaliyyətinə görə və yubileyi münasibəti ilə Azərbaycan Teatr Xadimləri İttifaqının "Teatr fədaisi" medalı ilə təltif olunub.
Mükafatı İttifaqın sədr müavini, Əməkdar artist Azad Şükürov təqdim edib.

