3 sentyabr 2026-cı il
Xalq artisti Yaşar Nurinin məzarı ziyarət olunub
Xalq artisti Yaşar Nurinin 75 illiyi münasibəti ilə sənətkarın məzarı ziyarət olunub. Mərasimdə Azərbaycan Teatr Xadimləri İttifaqının və Akademik Milli Dram Teatrının nümayəndələri iştirak ediblər.
Mərasim iştirakçıları Yaşar Nurinin əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.
Çıxış edənlər - Azərbaycan Teatr Xadimləri İttifaqının Sədri, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov, Xalq artisləri Rafiq Əzimov və Əli Nurzadə, Əməkdar artist Anar Heybətov Yaşar Nurinin zəngin və mənalı ömür yolundan, Azərbaycan mədəniyyətinə bəxş etdiyi dəyərli sənət incilərindən danışıb, aktyorla bağlı xatirələrini bölüşüblər.
Mərasimin sonunda Yaşar Nurinin həyat yoldaşı Rəhimə xanım təşkilatçılara və iştirakçılara minnətdarlığını bildirib.

