>
previous arrow
next arrow
Slider
 

2004-2013-CU ILLƏRDƏ AZƏRBAYCAN TEATR XADİMLƏRİ İTTIFAQININ KEÇİRDİYİ TƏDBİRLƏR

 

1 iyun 2004 –

Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə Xeyriyyə tədbiri. A.M.Şərifzadə adına Aktyor evində «Günay» teatr studiyasının «Mikki-maus» şou-müziklinə baxış.

9 sentyabr 2004 –

Eston Respublikasının Vilyandi şəhərinin «Uqala» Dram teatrının yaradıcı heyəti ilə görüş.

25 oktyabr 2004 –

xalq artisti Barat Şəkinskayanın 90 illiyinə həsr olunmuş anma günü.

29 oktyabr 2004 

xalq şairi, dramaturq, Dövlət mükafatı laureatı Nəbi Xəzri ilə görüş.

20 dekabr 2004 – 

əməkdar artist Şəfiqə Qasımovanın 80 illiynə həsr olunmuş görüş.

12 yanvar 2005 -

məkdar artist Səməndər Rzayevin 60 illiyinə həsr olunmuş anma günü.

27 yanvar 2005 –

SSRİ xalq artisti, Dövlət mükafatı laureatı Mehdi Məmmədovun qəbrüstü abidəsinin açılışı.

10 mart 2005 –

Azərbaycan Rəssamlarının «Səhnə üfüqləri» adlı Birinci Biyennal sərgisinin açılışı.

10 mart 2005 

Azərbaycan Teatr günü. «Qızıl Dərviş» mükafatlarının, «Teatr Xadimi» medalının təqdimat mərasimi.

21-28 mart 2005 –

Rusiyada keçirilən «Bumborambiya-6» Beynəlxalq festivalında Azərbaycan Teatr Xadimləri İttifaqının xətti ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının rus bölməsinin İ.Əfəndiyevin «Məhv olmuş gündəliklər» tamaşası ilə iştirakı.

23 may 2005 –

sənətşünaslıq doktoru, professor Mahmud Allahverdiyevin anma günü.

11 iyun 2005 –

Gənclər, İdman və Turizm Nazirliyi ilə birgə yaradıcı gənclərin problemlərinə həsr olunmuş dəyirmi masa.

14 sentyabr 2005 –

SSRİ xalq artisti, Dövlət mükafatı laureatı Adil İsgəndərovun 95 illiyinə həsr olunmuş anma günü.

10 oktyabr 2005 –

əməkdar artist Vəfa Fətullayevanı anma günü.

14-21 dekabr 2005 –

«Boş məkanın dolğunluğu» teatr festivalı.

14-21 dekabr 2005 –

«Boş məkanın dolğunluğu» teatr festivalında göstərilən tamaşaların müzakirəsi.

16 yanvar 2006-cı il –

xalq artisti Ağakişi Kazımovun 70 illiyinə həsr olunmuş görüş.

10 mart 2006-cı il –

Azərbaycan Teatr günü. «Qızıl Dərviş» mükafatlarının təqdimetmə mərasimi.

1-12 mart 2006-cı il –

Bakı Kamera Teatrının 15 yaşı – «15 ən yaxşı tamaşa» adlı baxış.

13 mart 2006-cı il –

Bakı Kamera Teatrının tamaşalarının yekun müzakirəsi.

29 may 2006-cı il –

əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Elçin Məmmədovun 60 illiyinə həsr olunmuş xatirə günü.

29 sentyabr 2006 –

rəssam Lətifə Quluzadənin 60 illiyinə həsr olunmuş görüş.

03 oktyabr 2006 –

Xalq yazıçısı İlyas Əfəndiyevi anma günü.

3 fevral 2007-ci il –

Yaradıcı Gənclər Mərkəzi Laboratoriyasının hazırladığı Q.Səidin «Əli və Nino» əsərinin ilk tamaşası.

10 mart 2007 –

Gənc rejissorların «Yeni teatr» festivalının açılışı. Azərbaycan Teatr Günü. «Qızıl Dərviş» mükafatlarının və «Teatr Xadimi» qızıl medallarının təqdimatı.

11-17 mart 2007 –

«Yeni teatr» festivalı tamaşalarının nümayişi və müzakirələri.

17 mart 2007 –

«Yeni teatr» festivalının bağlanışı.

3 iyun 2007 –

«Çiçəyim» Uşaq teatrının «Qoğal» tamaşası (Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə).

28 iyun 2007 –

Dağıstan Dövlət Azərbaycan Dram Teatrının yaradıcı kollektivi ilə görüş.

18 sentyabr 2007 –

Milli Musiqi Günü münasibətilə «Günay» uşaq studiyasının «Arşın mal alan» tamaşasının nümayişi.

20 sentyabr 2007 –

«Arşın mal alan» tamaşasının müzakirəsi və iştirakçılara TXİ diplomlarının təqdimatı.

13-15 oktyabr 2007 –

Beynəlxalq Teatr Xadimləri İttifaqları Konfederasiyasının nümayəndə heyəti ilə Teatr Xadimləri İttifaqında görüşlər.

24 oktyabr 2007 –

xalq rəssamı Nazim Bəykişiyevin fərdi yaradıcılıq sərgisi.

30 oktyabr 2007 –

İrəvan Dövlət Dram Teatrının 125 illik yubileyi ilə əlaqədar teatrın aparıcı aktyorlarına «Teatr Xadimi» qızıl medalı və fəxri fərmanların təqdimatı.

19 dekabr 2007 –

«Günay» Uşaq studiyasının «Şelkunçik» tamaşasının nümayişi.

25 dekabr 2007 –

xalq artisti Ağababa Bünyadzadənin anma günü.

28 yanvar 2008 –

N.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının hazırladığı Sofoklun «Şah Edip» tamaşası.

21 may 2008 –

SSRİ xalq artisti Mehdi Məmmədovun 90 illiyinə həsr olunmuş anım cünü.

2 iyun 2008 –

Rusiya Federasiyasının xalq artisti, rejissor Aleksey Borodinlə yaradıcılıq görüşü.

1 oktyabr 2008 –

Azərbaycan Teatr Xadimləri İttifaqının «ZƏFƏR» teatr studiyasının ilk tamaşası – U.Şekspir «Afinalı Timon».

6 oktyabr 2008 –

SSRİ xalq artisti Firəngiz Əhmədovanın 80 illiyinə həsr olunmuş görüş.

19 dekabr 2008 –

Görkəmli pedaqoq, əməkdar artist Müxlis Cənizadənin 80 illiyi münasibətilə anım günü.

10 mart 2009 –

teatr plakatları sərgisinin açılışı.

10 mart 2009 –

Azərbaycan Teatr Gününə həsr olunmuş təntənəli tədbir.

13 aprel 2009 –

xalq artisti Kamal Xudaverdiyevin anma günü.

aprel-may 2009 –

«Teatr baharı» - teatr tamaşalarına baxış. Baxışda Akademik Milli Dram Teatrı, Şuşa, Sumqayıt Dövlət Musiqili Dram teatrları, İrəvan Dövlət Dram Teatrı, Bakı Kamera Teatrı, «Zəfər» teatr studiyası iştirak etmişlər.

iyul 2009 –

Azərbaycan Teatr Xadimləri İttifaqının növbəti Konfransı.

18 yanvar 2010 il –

əməkdar artist Əli Haqverdiyevin 70 illiyi ilə əlaqədar (anım günü).

22 fevral 2010 

əməkdar artist Firdovsi Naibovun anım günü.

03 mart 2010 – 

Azərbaycan Dövlət Kukla Teatrının aktrisası Tamilla Bünyatovanın 60 illiyi münasibəti ilə görüş.

10 mart 2010 – 

Azərbaycan teatrının 137 illiyinə həsr olunmuş elmi-praktik konfrans.

12 aprel 2010 

xalq artisti Canəli Əkbərovun 70 illik yubileyinə həsr olunmuş görüş.

8-12 noyabr 2010- 

Bakı Beynəlxalq Teatr Konfransı.

12-30 noyabr 2010-

Bakıda Beynəlxalq Çexov festivalının «İpək yolu» mərhələsi.

Göstərilən tamaşalar:
12,13,14 noyabr – «Aureliya oratoriyası»
20,21,22 noyabr – «Toy»
25-30 noyabr – «Yagış»

10 mart 2011 –

Azərbaycan Teatr günü.

02 aprel 2011 –

Türk dramaturqu Yakub Almelekin «Of, of, Brodvey» pyesinin diskinin Bakıda təqdimolunma mərasimi.

20 may 2011 

Milli dramaturgiya məsələlərinə həsr olunmuş «Müasir dövr və dramaturgiya üçün yeni düşüncə» adlı dəyirmi masa.

11 iyul 2011 

«Axundzadə dərsləri». «Axundzadə dramaturgiyası haqqında». Əli Əmirlinin ustad dərsi.

29 iyul 2011-ci il –

 

«Axundzadə dərsləri». «Dram əsərində süjetin qurulması». Ramiz Fətəliyevin ustad dərsi.

03 avqust 2011 –

«Axundzadə dərsləri». «Dram əsərində gözlənilməz məqamlar». Ramiz Fətəliyevin ustad dərsi.

31 oktyabr 2011 – 

«Axundzadə dərsləri». «Süjetdə konfliktin qurulması». Əli Əmirlinin ustad dərsi.

17-18 oktyabr 2011-

Aktyor, rejissor, bədii qiraət ustası Həsən Əblucun xatirəsinə həsr olunmuş «Hər şeydən yüksəkdir sözün məqamı» adlı bədii qiraət müsabiqəsi.

21-26 noyabr 2011

«2+1» Eksperimental Teatr Festivalının açılışı.

26 noyabr 2011  –

«2+1» Eksperimental Tamaşalar Festivalının bağlanışı.

28 noyabr 2011  –

Festival tamaşalarına həsr olunmuş dəyirmi masa.

16 dekabr 2011  –

«Axundzadə dərsləri». «Süjetdə fabula və dialoq». Firuz Mustafanın ustad dərsi.

09 mart 2012  –

Azərbaycan Teatrının 139 illiyi.

02 iyun 2012  –

«Tamaşadan əvvəl…» Aktyor Elxan Qurbanovun anım günü.

18 iyun 2012  –

Moldovanın paytaxtı Kişinyov şəhərində 5-13 iyun 2012-ci ildə keçirilən «Gənclərin Teatr Forumu»na həsr olunmuş dəyirmi masa.

23 iyun 2012

-«Axundzadə dərsləri». Natiq Rəsulzadənin ustad dərsi.

29 sentyabr 2012

«Axundzadə dərsləri». «Dram əsərlərində dialoqların qurulması». Azər Paşa Nemətovun ustad dərsi.

22 oktyabr 2012

Əməkdar incəsənət xadimi, rejissor Vaqif İbrahimoğlunun anım günü.

10 dekabr 2012  –

Dramaturq Hüseyn Cavidin 130 illiyinə həsr olunmuş elmi konfrans. (H.Cavid muzeyi ilə müştərək tədbir).

21 fevral 2013  

Teatr Xadimləri İttifaqında Rejissor laboratoriyasının açılışı.

28 fevral 2013 –

Rejissor laboratoriyasının məşğələsi.

11 mart 2013 – 

Azərbaycan Teatr Günü. Səhnə veteranları ilə görüş.

   

 

 

© Copyright 2019, Azərbaycan Teatr Xadimləri İttifaqı