27 noyabr 2025-ci il
"Spiral" tamaşası oynanılıb
Azərbaycan Teatr Xadimləri İttifaqının Mustafa Mərdanov səhnəsində İttifaqın Rejissor laboratoriyasında hazırlanmış "Spiral" tamaşası oynanılıb.
ürk yazarı Pərvin Ünalpın qələmə aldığı, rejissor Könül Şahbazovanın quruluş verdiyi tamaşa psixoloji dram janrındadır. İki qadının qarışıq, bəzən də absurd həyat hekayəsi qadın zorakılığının, onun hüquqlarının tapdalanmasının acı fəsadlarını göstərir.
Tamaşadan öncə çıxış edən Azərbaycan Teatr Xadimləri İttifaqının Sədri, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov iştirakçılara uğurlar arzulayıb.
Tamaşada rolları Gülər Ləzgiyeva və Zeynəb Kəngərli ifa ediblər. Sonda xatirə şəkilləri çəkilib.

