18 dekabr 2025-ci il
"Səhnəmizin Yadigarı"nın doğum günü qeyd olunub
Şuşa Dövlət Musiqili Dram Teatrında Azərbaycan Respublikasının Əməkdar artisti Yadigar Muradovun doğum günü münasibəti ilə "Səhnəmizin Yadigarı" adlı tədbir keçirilib. Tədbirdə görkəmli sənət adamları, ziyalılar, media nümayəndələri iştirak ediblər.
Çıxış edənlər - Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini, Əməkdar artist, professor Azad Şükürov, Şüşa Dövlət Musiqili Dram Teatrının direktor müavini, Əməkdar artist Azad Məmmədov, Şuşa Qoruq İdarəsinin əməkdaşı Fəxrəddin Hacıbəyli, Əməkdar artist Teymur Məmmədov, Yadigar Muradovun yaxın dostu Rahib Məmmədov və digər sənətçilər aktyoru dərin hörmət və ehtiramla yad edib, onunla bağlı xatirələrini bölüşüblər. Sənətkarın oğlu Yaşar Muradov tədbirin təşkilatçılarına və iştirakçılarına ailəsi adından minnətdarlığını bildirib.
Çıxışlardan sonra Yadigar Muradovun quruluş verdiyi "Dağılan tifaq" (Ə.Haqverdiyev) tamaşası oynanılıb.

