2 mart 2026-cı il
"BAXIŞ-6" festivalı başlayıb
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə İttifaqda fəaliyyət göstərən yaradıcılıq laboratoriyalarının "BAXIŞ-6" festivalı başlayıb.
Giriş sözü ilə festivalı açan AzTXİ-nın sədr müavini, Xalq artisti, professor İlham Namiq Kamal festivalın əhəmiyyətindən danışıb, iştirakçı gənclərə uğurlar arzulayıb.
Festivalda ilk olaraq "Kişi və Qadın" (müəllif - Əli Əmirli, rejissor - Məhəmməd Verdizadə) tamaşası oynanılıb. İştirakçılar - Könül Şahbazova, Vüqar Məmmədəliyev, Mahir Mirişli, Gülər Aslan və Rəna Pənahovadır.

