2 aprel 2026-cı il
Aktyor və Rejissor laboratoriyalarını bitirmiş sertifikatlar təqdim edilib
Azərbaycan Teatr Xadimləri İttifaqında fəaliyyət göstərən Aktyor və Rejissor laboratoriyalarını bitirmiş bir qrup gəncə sertifikatlar təqdim olunub.
İttifaq sədri, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov, sədr müavinləri, Xalq artisti, professor İlham Namiq Kamal, Əməkdar artist, professor Azad Şükürov və məsul katib Aida Qafarova gəncləri təbrik edib, onlara gələcək işlərində uğurlar arzulayıblar.
Sertifikat alanlar - Orxan Hacıyev, Bahar Oruclu, Sara Məmmədova və Şərqiyyə Rəhimli onlara göstərilən diqqət və qayğıya görə Teatr Xadimləri İttifaqının rəhbərliyinə təşəkkür ediblər. Sonda xatirə şəkilləri çəkilib.

