8 noyabr 2026-cı il
Mədəniyyət və incəsənət nümayəndələri Zəfər abidəsini ziyarət ediblər
8 noyabr 2026-cı il tarixdə 44 günlük Vətən müharibəsində tarixi qələbənin 6-cı ildönümü münasibəti ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının nümayəndələri, aparıcı mədəniyyət müəssisələrinin rəhbərləri, ölkəmizin tanınmış mədəniyyət və incəsənət xadimləri Zəfər parkını ziyarət edib.
Zəfər abidəsinin önünə gül dəstələri qoyub, şəhidlərimizin xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.

