18 fevral 2026-ci il
Aktrisa İlqarə Tosovanın yubileyi
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktrisası İlqarə Tosovanın yubileyi qeyd edilib. Tədbirdə çıxış edən teatrın direktoru Naidə İsmayılzadə aktrisanı yubileyi münasibətilə təbrik edib, onun yaradıcılığından, ifa etdiyi maraqlı və rəngarəng obrazlardan danışıb.
Teatr sənəti sahəsində uğurlu fəaliyyətinə görə İlqarə Tosovaya Milli Gənc Tamaşaçılar Teatrının fəxri diplomu, gül dəstəsi və Azərbaycan Teatr Xadimləri İttifaqının “Qızılgül” mükafatı təqdim edilib.
Təqdimatlardan sonra Ayşad Məmmədovun və İlqarə Tosovanın iştirakı ilə aktrisanın yubileyi münasibəti ilə hazırlanmış “Polkovnikə məktub” tamaşası oynanılıb.

