26 noyabr 2025-ci il
Amaliya Pənahovanın 80 illik yibileyi
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Teatr Xadimləri İttifaqı və Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə Xalq artisti, Dövlət mükafatı laureatı, “Şöhrət” və “Şərəf” ordenli Amaliya Pənahovanın 80 illik yubileyi qeyd olunub.
Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Teatr Xadimləri İttifaqının nümayəndələri, görkəmli sənət adamları, media işçiləri və Amaliya Pənahova sənətini sevən tamaşaçılar iştirak ediblər.
Çıxış edənlər - Azərbaycan Respublikasının Mədəniyyət Naziri Adil Kərimli, Azərbaycan Teatr Xadimləri İttifaqının Sədri Hacı İsmayılov, Əməkdar incəsənət xadimi, professor Məryəm Əlizadə və Xalq artisti Mərahim Fərzəlibəyov Amaliya Pənahovanın zəngin yaradıcılıq yolundan, Azərbaycan mədəniyyətinə bəxş etdiyi dəyərli töhfələrdən danışıb, sənətkarın xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.
Çıxışlardan sonra Xalq yazıçısı İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” pyesi əsasında hazırlanan eyniadlı tamaşa oynanılıb.

