21 noyabr 2025-ci il
Akif Mirzəyevin 60 illik yubileyi
Yubiley tədbirində mədəniyyət və incəsənət xadimləri, Qubadlı rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Xoşqədəm Alıyeva aktyorun həyat və yaradıcılığından, Azərbaycan teatrının inkişafına verdiyi töhfələrdən danışıb. Həmçinin Qubadlı Rayon İcra Hakimiyyəti başçısı Malik İsaqovun adından sənətkarı təbrik edərək onu fəxri fərmanla təltif edib.
Gecədə iştirak edən Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini, Əməkdar artist Azad Şükürov Akif Mirzəyevi təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıb və İttifaqın fəxri fərmanını ona təqdim edib.
Çıxışlardan sonra Xalq artisti Firudin Məhərrəmovun quruluşunda hazırlanmış M.F.Axundzadənin "Hacı Qara" tamaşası teatrsevərlərə təqdim olunub.
Hacı Qara rolunu Akif Mirzəyev ifa edib. Əsas rollarda Əməkdar artistlər Cəlal Məmmədov, İlahə Səfərova, İzaməddin Bağırov, digər rollarda İlham Səfərli, Rövşən Əsgərov və başqaları çıxış ediblər.

