24 yanvar 2026-ci il
Aktyor Ədalət Əbdülsəmədovun yubileyi qeyd olunub
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktyoru Ədalət Əbdülsəmədovun 60 illik yubileyi qeyd edilib.
Bu münasibətlə teatrın səhnəsində "Solğun çiçəklər" (C.Cabbarlı) tamaşası oynanılıb.
Bu münasibətlə teatrın səhnəsində "Solğun çiçəklər" (C.Cabbarlı) tamaşası oynanılıb.
Tədbirdə iştirak edən Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti, professor İlham Namiq Kamal yubilyarı təbrik edib, onu Azərbaycan Teatr Xadimləri İttifaqının "Teatr fədaisi" medalı ilə mükafatlandırıb.
Çıxış edənlər Ədalət müəllimin zəngin və mənalı ömür yolundan danışıb, ona yeni yaradıcılıq uğurları arzu ediblər.
Səmimi çıxışlara və xoş sözlərə görə Ədalət Əbdülsəmədov tamaşaçılara və qonaqlara dərin təşəkkürünü bildirib.

