24 yanvar 2026-ci il
Xalq artisti Sabir Məmmədov mükafatlandırılıb
24 yanvar 2026-cı il tarixdə Azərbaycan Respublikasının Xalq artisti Sabir Məmmədovun 65 illiyi qeyd olunub.
Akademik Milli Dram Teatrında keçirilən mərasimdə aktyor Azərbaycan Teatr Xadimləri İttifaqının "Sənətkar" medalı ilə və Akademik Milli Dram Teatrının "Yubiley" mükafatı ilə təltif olunub.
Mükafatları İttifaqın sədri, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov və Akademik Milli Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov təqdim ediblər.

