25 fevral 2026-cı il
Xocalı fasiəsinə həsr olunmuş tədbir
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə Xocalı fasiəsinə həsr olunmuş tədbir keçirilib.
Mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Dövlət himni səsləndirilib, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər - Azərbaycan Teatr Xadimləri İttifaqının Sədri Hacı İsmayılov, şairə-jurnalist Zərəngiz Dəmirçi, "Günay" Uşaq Teatrının rəhbəri Larisa Tarusova Xocalı faciəsindən, onun Azərbaycan xalqına vurduğu ziyanlardan danışıb, Xocalı şəhidlərinin xatirəsinin hər zaman dərin hörmət və ehtiramla yad edildiyini vurğulayıblar.
Çıxışlardan sonra "Günay" Uşaq Teatrı Zərəngiz Dəmirçinin "Cavab ver" poemesı əsasında hazırlanmış "Xocalını unutmadıq" tamaşasını təqdim edib.

