14 fevral 2026-cı il
Bakı Balacalar Teatrı "Bir gecənin nağılı" tamaşasını təqdim edib
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Teatr Xadimləri İttifaqının təşkilati dəstəyi ilə yeni yaranmış Bakı Balacalar Teatrının "Bir gecənin nağılı" (müəllif: Rövşən Ağayev, rejissor: Vidadi Həsənov) tamaşası oynanılıb.
İttifaqın Mustafa Mərdanov səhnəsində təqdim olunan tamaşa böyük maraq və alqışlarla qarşılanıb. Sonda tamaşa teatr mütəxəssisləri və tamaşaçılar tərəfindən müzakirə olunub.
Səmimi və obyektiv fikir mübadiləsi ilə keçən müzakirədə iştirak edənlər Teatrın yaradıcı heyətini təbrik edib və onlara uğurlar arzulayıblar.

