10 aprel 2026-cı il
Xalq artisti Ella Yaqubovanın yubileyi
Mingeçevir Dövlət Dram Teatrında Azərbaycan Respublikasının Xalq artisti Ella Yaqubovanın 80 illik yubileyi və yaradıcılıq fəaliyyətinin 60 illiyi qeyd olunub. Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının nümayəndələri, sənətsevərlər və media nümayəndələri iştirak ediblər.
Ella xanımın yubileyi münasibəti ilə "Ana fəryadı" benefis tamaşası oynanılıb.
Alqışlarla qarşılanan tamaşanın müəllifi, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Məmmədhüseyn Əliyev, rejissoru Azərbaycan və Kalmıkiya respublikalarının Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.
Tamaşadan sonra Ella Yaqubova Azərbaycan Teatr Xadimləri İttifaqının "Teatr fədaisi" medalı ilə təltif olunub. Mükafatı İttifaqın sədri, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov təqdim edib.

