22 yanvar 2026-ci il
Əməkdar artisti Elşən Rüstəmov mükafatlandırılıb
Azərbaycan Respublikasının Əməkdar artisti Elşən Rüstəmovun 55 illiyi qeyd olunub.
Akademik Milli Dram Teatrında keçirilən mərasimdə aktyor Azərbaycan Teatr Xadimləri İttifaqının "Teatr fədaisi" medalı ilə və Akademik Milli Dram Teatrının "Yubiley" mükafatı ilə təltif olunub.
Mükafatları İttifaqın sədri, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov və Akademik Milli Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov təqdim ediblər.

